Yuxarı

"Oreşnik" Qazaxıstan səmasında partlayıb? - Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Oreşnik" Qazaxıstan səmasında partlayıb? - Rəsmi

Astana və bir neçə regionun sakinləri göydə sürətlə hərəkət edən bir neçə işıqlı obyekt müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axar.az "Qazinform"a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi səmadakı naməlum obyektlər barədə bəyanat verib.

“Məlumatın yayılması ilə əlaqədar bildiririk ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb. Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanaraq Yer səthinə çatmırlar”, – deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Müdafiə Nazirliyi vətəndaşlara sakitliyi qorumağı və düzgün olmayan məlumatlar yaymamağı tövsiyə edir.

“Səlahiyyətli orqanlar bu hadisəni araşdırır və müvafiq açıqlama verəcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Rusiya silahlı qüvvələrinin Ukraynaya atdığı "Oreşnik" raketinin Qazaxıstan səmasında partladığı bildirilib.

Tarix
2025.06.05 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla