Yuxarı

Mədət Quliyevin dəyişdirdiyi ad, loqo bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədət Quliyevin dəyişdirdiyi ad, loqo bərpa edildi

Azərbaycan Velosiped Federasiyasının əvvəlki adı, loqosu və "Tour d’Azerbaidjan" velosiped yarışı bərpa edilib.

Axar.az xəbər verir ki, qurum yenidən Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adlandırılacaq.

Bu məsələlər AzVİF İcraiyyə Komitəsinin iclasında təsdiqlənib.

Federasiyanın prezidenti Zaur Axundov iclasda qonaq qismində iştirak edən lüksemburqlu velosipedçi, 2010-cu il “Tour de France” və bir çox digər nüfuzlu yarışların qalibi Endi Şleki iştirakçılara təqdim edib.

I vitse-prezident Sahib Ələkbərov quruma yeni rəhbərlik seçildikdən sonra görülmüş işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, məşqçi və idmançılarla görüşlər keçirilib, onların fikir və təklifləri dinlənilib, federasiyanın 2025 - 2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirən sənəd hazırlanıb.

Ələkbərov onu da bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə danışıqlar aparılıb və beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Tour d’Azerbaidjan” velosiped yarışının bərpası barədə ilkin razılıq əldə edilib. 5 mərhələdən ibarət yarışın 2026-cı ildə təqvim planına daxil edilməsi üçün UCI-yə müraciət göndərilib.

İclasda AzVİF-in 2025 - 2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri, loqosu, ştat cədvəli və milli yığma komandanın yeni geyim forması təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Mədət Quliyevin prezidentliyi dövründə Azərbaycan Velosiped Federasiyası adlanıb, qurumun loqosu dəyişdirilib və nüfuzlu "Tour d’Azerbaidjan" yarışı ləğv olunub.

Tarix
2025.06.05 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla