Yuxarı

Son 48 ildə ilk: İran ABŞ-dan təzminat aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 48 ildə ilk: İran ABŞ-dan təzminat aldı

İran İslam inqilabından sonrakı 48 il ərzində ilk dəfə ABŞ-a qarşı məhkəmə prosesində qalib gələrək müsadirə yolu ilə əmlak əldə edib.

Axar.az xəbər verir ki, bu barədə "EB Evi" qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşimi Qolpayiqani bildirib.

İş ABŞ-ın bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən insanlara qarşı tətbiq edilən sanksiyaları ilə əlaqədardır.

Qolpayiqaninin sözlərinə görə, "kəpənək xəstəliyi" kimi tanınan bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün xüsusi sarğı materiallarının tədarükünə təsir göstərən sanksiyalara qarşı hüquqi tədbirlərə "EB Evi" 2018-2019-cu illərdə başlayıb. 2021-2022-ci illərdə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər. Qolpayiqani bildirib ki, aidiyyəti qurumlar, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və ordu strukturlarının iştirakı ilə işə ciddi yanaşılıb.

İş çərçivəsində neft yükünün həbs olunduğu bildirilir. Məqsəd məhkəmə tərəfindən müəyyən edilən zərərin əvəzini xəstələrin xeyrinə tutmaq və vəsaiti qanunvericiliyə uyğun şəkildə onların arasında bölüşdürmək olub.

Tarix
2026.10.25 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla