Yuxarı

Mən olmasaydım, Tramp prezident seçilməyəcəkdi - Mask

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskdan narazılığını ifadə edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp Maskı dəstəklədiyini, lakin onun sonradan mövqeyini dəyişərək elektrikli avtomobillərlə bağlı vergi güzəştlərinin ləğvinə qarşı çıxdığını bildirib.

“İlon məni çox məyus etdi. Ona çox kömək etmişəm. O, vergi ilə bağlı qanun layihəsinin daxili məzmununu burada oturanların hamısından daha yaxşı bilirdi. Başda heç bir problemi yox idi. Ancaq o, elektrikli avtomobillərə verilən güzəştləri azaltmaq istədiyimizi biləndən buna birdən etiraz etməyə başladı”, – deyə Tramp vurğulayıb.

Mask isə Trampın dediklərinə X səhifəsində sərt reaksiya verib və onu yalan danışmaqda ittiham edib:

“Yalandır! Həmin qanun layihəsini mənə heç vaxt göstərməyiblər. O layihə dərhal və gecə saatlarında qəbul olundu, Konqresin üzvləri belə onu oxumağa imkan tapmadı".

Bundan başqa, İlon Mask bir az daha sərt çıxış edərək Trampın prezident seçilməsində önəmli rolu olduğunu qeyd edib:

“Mən olmasaydım, Tramp seçkilərdə qalib gələ bilməyəcəkdi, demokratlar Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəkdilər”.

Tarix
2025.06.05 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla