Yuxarı

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Hindistan Azərbaycanı bir güllə atmadan məhv etməyi planlaşdırır.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, bu sözlər "İndia.com" saytında yayılan məqalədə əksini tapıb.

Son Hindistan-Pakistan gərginliyi zamanı Pakistana kömək edən qüvvələrə qarşı əhəmiyyətli addım ataraq, Hindistanın Ermənistana silah satışını sürətləndirdiyi bildirilir. Azərbaycan Dağlıq Qarabağ bölgəsindəki münaqişədə Ermənistanla mübarizə aparır və ona görə də Hindistan Ermənistana kömək etsə, bu, heç bir silahdan istifadə etmədən Azərbaycanı məhv etmək kimi olacaq.

Hindistan Ermənistana digər müdafiə vasitələri ilə birlikdə Akaş-1S yer-hava raket komplekslərinin ikinci partiyasını çatdırmağı planlaşdırır. Dehli ilə Ermənistan hökuməti arasında müdafiə əlaqələri 2020-ci ildən bəri durmadan inkişaf edib və Hindistandan son addımlar Hindistan əleyhinə olan Azərbaycan üçün tabuta vurulan son mismar ola bilər. Bu addımın Azərbaycanın ən böyük dəstəkçilərindən biri olan Türkiyə və Pakistana da mənfi təsir edəcəyi gözlənilir”, - məqalədə vurğulanıb.

Həmçinin Hindistan-Pakistan arasında gərginlikldən sonra (məqalədə "Sindur" əməliyyatı başa çatandan sonra” deyilir – red.) Şahbaz Şərifin Laçına səfəri və burada Türkiyə-Azərbaycan-Pakistan yüksək səviyyəli görüşünün keçirilməsi də xatırladılıb.

Qeyd edək ki, məqalə müəllifi və “İndia.com”un Qarabağ münaqişəsi ilə bağlı normal informasiyaya sahib olmadıqları aydın görünür. Azərbaycan “Dağlıq Qarabağ” bölgəsindəki münaqişədə Ermənistanla münaqişə aparmır, bu münaqişə çoxdan tarixdə qalıb və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Tarix
2025.06.05 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla