Yuxarı

Rusiya istəyəndə öldürəcək, istəyəndə "atəşkəs" edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya istəyəndə öldürəcək, istəyəndə "atəşkəs" edəcək?

Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib və bu, ilk belə təşəbbüs deyil. Bu dəfə mayın 6-dan etibarən atəşin dayandırılması təklif olunub. Ukrayna atəşkəs rejiminə tam əməl etməyə hazır idi, lakin bu sülh təklifinə cavab olaraq Rusiyadan yalnız yeni zərbələr və yeni təhdidlər gəldi. Onlar Ukraynadan ildə bir dəfə meydana çıxaraq təhlükəsiz parad keçirmək üçün icazə almaq, sonra isə yenidən insanlarımızı öldürmək və müharibəni davam etdirmək istəyirlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Rusiya rəhbərliyinin məntiqi heyrət doğurur və tamamilə qeyri-adekvatdır. Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrin Moskvada olacağı ilə bağlı müraciətlər də var. Qəribə istəkdir, biz bunu tövsiyə etmirik”, - deyə dövlət başçısı qeyd edib.

O, dəqiqliyə görə ukraynalı hərbçilərə, Ukraynanın Xüsusi Təyinatlı Qüvvələrinə və ölkənin müdafiəsini təmin edən digər qüvvələrə minnətdarlığını bildirib.

“Uzaqmənzilli zərbələrin nəticələri var. Xüsusilə Xəzər dənizi regionunda “Kalibr” raketlərini buraxa bilən raket gəmisinə qarşı... Həmçinin Perm regionunda neft sənayesi obyektinə zərbə endirilib. Halbuki bu obyekt dövlət sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Başqa hədəflərə də zərbələr olub. Kəşfiyyatımızın məlumatına görə, Bryansk istiqamətində, Tuapsedə və Rusiyanın bəzi xüsusi neft obyektlərinə qarşı cavab tədbirlərimizin nəticələri bizi qane edir”, - deyə V.Zelenski əlavə edib.

Tarix
2026.05.07 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla