Yuxarı

Qızıl axtaranlar qalanı məhv etdi, məhkəmə isə azad etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl axtaranlar qalanı məhv etdi, məhkəmə isə azad etdi - Foto

Bu gün İsmayıllı məhkəməsi 2025-ci ilin əvvəlindən bəri uzadılan cinayət işi üzrə qərarı mədəni irsi vandalcasına dağıdanların xeyrinə yekunlaşdırdı. Beləliklə, ölkədə tarix-mədəniyyət abidələrini düşərgə quraraq, səngər qazaraq, fəhlə işlədərək və ağır texnika ilə dağıtmağın faktiki olaraq mümkünlüyünə presedent yaradıldı və bu əməllər dolayısı ilə legitimləşdirildi.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi Fariz Xəlilli qeyd edib.

“Niyal qalasının bir hissəsini 2023 və 2024-cü illərin qış mövsümündə, üç ay ərzində vəhşicəsinə dağıdan şəxslər məhkəmə zalından sərbəst buraxıldılar və işə xitam verildi. Həmin şəxslər ölkənin müxtəlif mədəni irs abidələrində detektorlarla qanunsuz axtarışlar aparır, sadəlövh insanlardan külli miqdarda vəsait toplayaraq qızıl axtarışı ilə məşğul olurlar.

Onlar əvvəllər Şəkidə yerləşən Babaratma türbəsində qanunsuz qazıntı apardıqları zaman həbs olunmuş, daha sonra əfv edilmişdilər. Bu dəfə isə məhkəmə zalındaca cəzasız qaldılar”, - F.Xəlilli bildirib.

Tarix
2026.05.07 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla