Yuxarı

Şagirdlərdən müəllimlərə qarşı qeyri-etik hərəkət - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərdən müəllimlərə qarşı qeyri-etik hərəkət - Video

145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir.

İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. Bu cür davranışlar müəllim nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, təhsil mühitində etik normaların kobud şəkildə pozulmasına səbəb olur.

Psixoloq Ofelia Əliyevanın sözlərinə görə, ilk növbədə uşaqların müəllimlərə qarşı aqressiyasının kökündə dayanan səbəblər araşdırılmalıdır:

"Burada müəllimlərin tükənmişlik sindromu rol oynaya bilər. Müəllimlər uşaqlarla emosional bağı düzgün qura bilməyə bilərlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə valideynlərin uşaqlara aqressiyanı düzgün idarə etməyi öyrətməməsidir. Bu gün sosial media hər kəsin əlindədir və uşaqlar heç bir senzura olmadan müxtəlif platformalardakı trendlərlə tanış olurlar. Bəzən həmin trendin mənasını bilmədən bunu zarafat məqsədilə edirlər, bəzən isə nə etdiklərini anlayaraq davam etdirirlər. Hər iki halda problem düzgün maarifləndirmənin aparılmamasından qaynaqlanır".

Tarix
2026.05.07 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla