Yuxarı

37-ci il qurbanının oğlu hökumətdən bir milyon istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
37-ci il qurbanının oğlu hökumətdən bir milyon istəyir

1937-ci ildə siyasi repressiya qurbanlarından olmuş Cabbar Fərəcovun oğlu Mahmud Fərəciyev (Makhmud Faradzhiev) Azərbaycan hökumətindən ailəsinə dəymiş maddi və mənəvi zərərə görə bir milyon manat kompensasiya ödənilməsini tələb edir. O bu tələblə məhkəmədə iddia qaldırıb.

Axar.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, 1876-cı il doğumlu C.Fərəcov 1937-ci ildə "antisovet fəaliyyətinə görə" həbs olunub, ardından 35 yaşlı həyat yoldaşı Şükufə və 4 yaşlı oğlu Sadıxla birlikdə Qazaxıstanın Cambul vilayətinə sürgün edilib.

Ailə sürgünədək Zəngilan rayonunun Qıraq Müşlan kəndində yaşasa da, C.Fərəcovun başına gələnlərdən sonra ev və əşyaları aktlaşdırılaraq müsadirə olunub.

M.Fərəciyev 1952-ci ildə Qazaxıstanda doğulub.

Üstündən uzun illər keçəndən sonra - 1989-cu ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin rəyi ilə C.Fərəcov və ailəsinin sürgün olunmasıyla bağlı qərar qanunazidd sayılaraq ləğv edilib. Bu rəy əsasında C.Fərəcov və ailə üzvləri, o cümlədən məhkəmədə iddiaçı olan M.Fərəciyev də sürgündə doğulduğundan "siyasi repressiya qurbanı" kimi tanınıb.

74 yaşlı Fərəciyev siyasi repressiyalar üzündən ailəsinin itirdiyi mülki və əmlak hüquqlarının bərpasıyla, ailəsinin tarixi vətəni olan Azərbaycana qayıtmaq və burada yaşamaqdan ötrü ölkənin vətəndaşlığını da almaq istəyir.

"Qanunsuz siyasi repressiyalar nəticəsində mən doğulandan hüquq və azadlıqlarım məhdudlaşıb. Doğma vətənimdə yaşamaqdan məhrum olmuşam", - o, ərizəsində belə yazıb.

Fərəciyev 1996-cı ildə Azərbaycanda qəbul edilmiş "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" qanuna əsaslanıb. Həmin qanuna görə, sürgün yerlərində doğulan uşaqlar reabilitasiya edilmiş şəxs və ya repressiyalardan zərərçəkmiş sayılır.

Məhkəməyə müraciətdə dövlətin maliyyə öhdəliklərinə, maliyyə siyasətinə nəzarət edən Maliyyə Nazirliyi cavabdeh göstərilib. Maliyyə Nazirliyinin nümayəndəsi M.Fərəciyevin iddiasına etiraz təqdim edib. Etirazda göstərilib ki, onun istinad etdiyi qanunun 9-cu maddəsində bəraət almış şəxslərin hüquqlarının bərpası ilə bağlı müddəa yer alsa da, bununla əlaqədar kompensasiya və ya dövlət büdcəsinin üzərinə öhdəlik qoyulması müşahidə olunmayıb.

"İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə yol verilməyib. Onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyil", - nazirliyin etirazında vurğulanıb.

Nəsimi rayon Məhkəməsi bugünlərdə M.Fərəciyevin iddiasını rədd edib. Hakim qərarını əsaslandırarkən vurğulayıb ki, "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunla Azərbaycan keçmişdə baş vermiş repressiyaları hüquqazidd hesab edib, zərərçəkmişlərin hüquqi statusunun bərpası - bəraəti təmin olunub. Lakin dövlət pozuntulara görə ümumi və avtomatik maddi kompensasiya öhdəliyi götürməyib.

Tarix
2026.05.07 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla