Yuxarı

Balakəndə V-VII əsrlərə aid tarixi abidə tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə V-VII əsrlərə aid tarixi abidə tapıldı - Foto

Balakəndə V-VII əsrlərə aid Alban məbədi olduğu ehtimal olunan tarixi abidə tapılıb.

Kult.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

A.Məmmədlinin verdiyi məlumata əsasən yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.

O, bu günədək qeydə alınmayan abidənin V-VII əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.

Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb.

Tarix
2026.04.29 / 23:13
Müəllif
Kult.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla