Yuxarı

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən iyunun 5-də Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” - WED2026 (World Environment Day) çərçivəsində tədbirin təşkili üçün “LEGACY EVENTS MANAGEMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 445 min 480,92 manat dəyərində müqavilə bağlayıb.

Axar.az xəbər verir ki, müqavilə bir mənbədən satınalma çərçivəsində reallaşdırılıb. Bu da cəmiyyətdə xeyli diqqətə və müzakirələrə səbəb olub. Çünki Azərbaycanda “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, bir mənbədən satınalma metodu yalnız xüsusi hallarda tətbiq edilir. Qanunun 15.1 maddəsində də göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Əvvəlcədən dəqiq tarixləri müəyyən edilən tədbirin təşkili və keçirilməsi, o cümlədən bir sıra xidmətlərin göstərilməsi bir mənbədən satınalma metoduna uyğun gəlmir. Düzdür, dövlət qurumları adətən bir mənbədən satınalma metodunu təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%) ilə izah edirlər. Lakin nazirliyin müqaviləsi bu səbəblərin heç biri ilə uyğunlaşmır. Əvvəla, beynəlxalq tədbirlər 1-2 il əvvəldən planlaşdırılır. Belə ki, UNEP-in Azərbaycanda keçiriləcəyini 2024-cü il iyunun 27-də proqramın icraçı direktoru İnger Andersen ölkəyə rəsmi səfəri zamanı elan edib.

Göründüyü kimi, burada təcili təlabatdan söhbət gedə bilməz. Təchizatçının unikal mövqeyinə gəlincə, satınalmanın "qalibi"- “LEGACY EVENTS MANAGEMENT” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.03.2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Yəni, qərardan aylar sonra, təşkil olunacaq tədbirdən 1 il 2 ay əvvəl. Bu ötən müddətdə Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilsə də, "LEGACY EVENTS MANAGEMENT" onların işində iştirak etməyib. Bir sözlə, unikal təcrübədən söhbət belə gedə bilməz. Ölkə bazarında rəqabət şəraiti olduğu halda, yəni hər hansı malı və xidməti bir deyil, bir neçə şirkət satdığı halda, nazirliyin “tək təchizatçı” seçimi burada açıq suallar yaradır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarda MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi İsayev İsmayıl Abdulla oğlu, təsisçisi isə Quliyeva Gülnaz Arif qızının olduğu göstərəlir.

Maraqlıdır kı, MMC-nin dövlətə borcu da var -13742.61 manat.

Dövlət satınalmalarında isə o sahibkarlar iştirak edə bilərlər ki, onlar riskli vergi ödəyicisi qrupuna daxil deyillər. Eləcə də satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə təcrübəsi, zəruri texniki imkan, maddi-texniki baza və müvafiq tələblərə cavab verən işçi qüvvəsi var.

"LEGACY EVENTS MANAGEMENT”in rəsmi səhfəsi belə olmadığı üçün bu tələblərə nə dərəcədə cavab verdiyini müəyyən etmək çətindir.

Tarix
2026.05.07 / 18:58
Müəllif
Leyla Əli
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla