Yuxarı

ADU tələbələri “Arşın mal alan” tamaşasını ingiliscə oynadılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU tələbələri “Arşın mal alan” tamaşasını ingiliscə oynadılar

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin ifasında Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” musiqili komediyası ingilis dilində nümayiş olunub.

Kult.az xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən hazırlanıb.

Səhnə əsəri həmçinin Mədəniyyət və İncəsənət Universitetinin keçirdiyi “Pillə 3” Teatr Festivalında təqdim edilib və böyük maraqla qarşılanıb. Qeyd olunub ki, bu yanaşma həm tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, həm də milli irsimizi beynəlxalq müstəvidə tanıtmaq məqsədi daşıyır.

Tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, rejissoru Əsmər Həbibli, bədii rəhbəri Səadət Nəbiyeva, musiqi tərtibatçıları Sevinc Abdullayeva və Hüseyn Məhəmmədoğlu, xoreoqrafı Cəmilə Vəliyevadır. Kollektivin birgə əməyi nəticəsində səhnəyə çıxarılan bu tamaşa təqdimatı, səhnə quruluşu və musiqi müşayiəti ilə fərqlənərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişin sonunda akademik Kamal Abdulla çıxış edərək tamaşanın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə, tələbələrə və təşkilatçılara təşəkkürünü bildirib. Rektor bu cür yeni mədəni təşəbbüslərin tələbələrin yaradıcılıq imkanlarını ortaya çıxarması və universitetin mədəni həyatına yeni nəfəs gətirməsi baxımından mühüm rol oynadığını vurğulayıb. O, gələcəkdə də bu qəbildən olan tədbirlərin davamlı keçiriləcəyinə əminliyini ifadə edib.

Tarix
2025.05.28 / 11:28
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla