Yuxarı

Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.

Kult.az Trend-ə istinadən xəbər verir ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.

O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.

Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmənin qərarı ilə onun cəzası 21 fevral 2024-cü il tarixdən hesablanacaq.

Qeyd edək ki, Şaiq Həşimov əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

Tarix
2025.05.29 / 16:53
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla