Yuxarı

Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı

Səfəvişünas alim Elnur Nəciyev görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın Şah İsmayılla bağlı məqaləsini üzə çıxararaq, onu əski əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edib.

Kult.az Modern.az-a istinadən xəbər verir ki, bu məqalə Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub.

Cəfər Xəndanın məqaləsini ixtisarla oxuculara təqdim edirik:

“Azərbaycan xalqının siyasi-ictimai tarixində görkəmli mövqe tutan dövlət xadimi Şah İsmayıl, eyni zamanda, Xətai təxəllüsü ilə məşhur olmuş bir şairdir. XV qərinənin (əsrin - E.N.) axırları - XVI qərinənin əvvəllərində yaşamış bu böyük sənətkar təxminən 1486-cı miladi ilində (1487 - E.N.) Ərdəbil şəhərində anadan olmuşdur. Şərq tarixində ona Səfəvi dəxi (də - E.N.) deyilir. Çünki o, məşhur sufi Səfiəddin İshaqın nəslindəndir.

Hələ 15 yaşında ikən sərkərdəliyə başlayan Şah İsmayıl Şirvanı, Bakını, Ərdəbili, Naxçıvanı ələ keçirərək, nəhayət 1502-ci miladi ilində (1501 - E.N.) Təbrizə daxil olur və burada özünü Azərbaycan şahı elan edir.

Cəmi 38 il ömür sürən Xətai Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmət etmişdir. O, hakimi olduğu sarayda Azərbaycan dilini rəsmi dövlət dili elan edərək, hətta Türkiyə (Osmanlı - E.N.) sultanı Süleymanın məktubuna azərbaycanca cavab vermişdir.

Xətai öz dövrünün Həbibi, Şahi, Sərvəri kimi şair, alim, rəssam və nəqqaşlarını ətrafına - saraya toplamışdı. Onun dövründə saray, eyni zamanda, mədəni bir mərkəzə çevrilmişdi.

Xətainin Azərbaycan dilində dörd böyük əsəri vardır: “Divan-e Dəhnamə”, “Nəsihətnamə”, “Mənaqib əl-əsrar” və “Behcət əl-əhrar”. Xətainin şeirləri əksərən sadə, xalqın anlayacağı bir tərzdə yazılmışdır. Məşhur Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov bu sözləri heç də təsadüfi söyləməmişdir: “Xətainin türk dilində yazdığı şeirlər indi də xalqın əzbərində yaşayır”. Milli fəxrimiz olan Şah İsmayıl Xətaini Azərbaycan xalqı hər zaman yad edəcəkdir”.

Tarix
2025.05.25 / 01:18
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla