Yuxarı

Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

Ermənistanda Azərbaycan əsgərlərinə tapança tuşlayan vətəndaş saxlanılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.

Qeyd olunur ki, bir neçə həftə əvvəl Gorus şəhər polis şöbəsinə Dığ icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə "Nissan" markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə siqnal daxil olub. Polis əməkdaşları əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri saxlayaraq şöbəyə aparıblar.

Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, şərti sərhəddə olarkən ədavət və qorxutmaq məqsədi ilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Tarix
2025.06.04 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla