Yuxarı

"Qurdlar vadisi"nin məşhur aktyoru ekranlara qayıdır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qurdlar vadisi"nin məşhur aktyoru ekranlara qayıdır

"Qurdlar vadisi" serialında yaratdığı Alimcan Kondurbayev (çeçen lider) obrazı ilə yaddaşlara həkk olunan təcrübəli aktyor Hakan Meriçlilər yeni layihə üçün müqavilə imzalayıb.

Kult.az Ölkə.az-a istinadən xəbər verir ki, o, "Pastel Film"in istehsalı olan və yaxınlarda "Kanal D"də yayımlanacaq "Daha 17" serialının heyətinə qatılıb.

Aktyor yeni layihədə Rəmzi obrazını canlandıracaq. Məktəb direktoru rolunda tamaşaçı qarşısına çıxacaq Meriçlilərin serialın ikinci bölümündən etibarən hekayəyə daxil olacağı bildirilir.

Hakan Meriçlilər son dövrlərdə ciddi pəhriz və idman sayəsində təxminən 15 kiloqram çəki atıb. Yeni rolu üçün xarici görünüşündə kəskin dəyişiklik edən aktyorun bu imici artıq maraq doğurmağa başlayıb.

Qeyd edək ki, aktyorun rol aldığı "Bir adam yaratmaq" filmi isə mayın 1-də kinoteatrlarda nümayiş olunacaq.

Tarix
2026.04.18 / 22:52
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla