Sizə iki eyni görünən xəritə təqdim edirəm. Birinci xəritə – sarı rəngli olan. Bu xəritədə heç bir “armeni” yazısı yoxdur. Orada nə var? İberi, Albani və onların cənubunda “Sacaseni” və “Caspi” tayfaları. Diqqət yetirin: Albaniya ərazisində “Sakaseni” adı yazılıb. Bu, o deməkdir ki, bu bölgə hələ antik dövrdə türk olan sak-skif tayfalarının yurdu olub. Bunu tarix özü deyir.
İkinci xəritə – ağ-qara olan. Burada eyni yerə, yəni İberi və Albaninin cənubuna, Araz çayının aşağısına “Armeni” sözü əlavə edilib. Birdən-birə haradan çıxdı bu ad?
İndi gəlin saxtanı üzə çıxaraq.
Birinci xəritə orijinaldır. Bu, Strabonun “Coğrafiya” kitabında yazdıqlarına əsasən XIX-XX əsrlərdə çəkilmiş rekonstruksiya xəritəsidir. Alimlər Strabonun mətnlərini oxuyub, onları vizuala çeviriblər. Budur əsl tarix.
İkinci xəritədə isə “Armeni” yazısının şrifti, ölçüsü və duruşu başqa adlardan tamamilə fərqlənir. Bunu gözlə görmək olar. O biri adlar eyni maili şriftdədir, amma “Armeni” daha tünd, daha qalın və başqa bucaq altında yazılıb. Üstəlik, düzdür, üfüqi şəkildə yerləşdirilib – halbuki xəritədəki bütün tayfa adları çaylara, dağlara uyğun əyri xətlə yazılıb. Bu, sözün sonradan əlavə edildiyini açıq göstərir.
Bir də təfərrüata baxın. Şəkli böyüdəndə görəcəksiniz ki, “Armeni” sözünün ətrafındakı piksellər başqa cürdür. Orijinal kağız üzərində yazılmayıb, rəqəmsal müdaxilə olub.
Xəritədəki adlar – “Albani”, “İberi”, “Siraces”, “Utii”, “Caspi”, “Legae” – bunların hamısı Strabonun 11-ci kitabında, Qafqaz bölməsində təsvir etdiyi coğrafiyaya tam uyğundur. Avropa alimləri XIX əsrdə bu mətnləri oxuyub, onların əsasında bu xəritəni çəkiblər və imzaları ilə təsdiq ediblər ki, bütün adlar və coğrafi mövqe düzgündür.
Amma ikinci xəritədəki "Armeni" yazısı nə coğrafi yerdəyişmə baxımından, nə də vizual olaraq orijinala uyğun gəlir. Peşəkar alimlər də bunu təsdiq edir: bu, sonradan əlavə edilmiş saxtakarlıqdır.
Bir də qeyd edim: Strabonun ingilisdilli nəşrlərindən H.G.Bohn nəşriyyatının 1850-1890-cı illərdə çap etdiyi versiyalar akademik dünyada etibarlı sayılır. Sarı rəngli xəritə məhz o nəşrlərə aiddir – heç bir müdaxilə yoxdur. Ağ-qara versiya isə internetdə yayılan, ciddi tarixçilər tərəfindən qəbul edilməyən saxta təsvirdir.