Yuxarı

Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...

ABŞ ordusunun kürd qruplaşmalar vasitəsilə İrana qarşı əməliyyat planı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dayandırılıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bunu israilli jurnalist və analitik Amid Seqal iddia edib.

O bildirib ki, Vaşinqton və Təl-Əviv arasında İrana qarşı hazırlandığı iddia edilən ssenarilərə terror təşkilatlarının və silahlı qrupların yerləşdirilməsi də daxil edilib:

“Bu planın məqsədi, xüsusən də kürd qrupları vasitəsilə İran daxilində cəbhə yaratmaq və Tehran rejiminə təzyiq göstərmək üçün müxtəlif etnik qrupların eyni vaxtda hərəkət etməsini təmin etmək idi. Bu proses zamanı Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. Ərdoğan telefon danışığında terror təşkilatları ilə əlaqəli qruplaşmaların regional təhlükəsizliyə yarada biləcəyi risklərə diqqət çəkib və kürd silahlı qruplarının belə bir əməliyyatda iştirakının Türkiyə üçün qəbuledilməz olduğunu xüsusi olaraq bildirib. Ərdoğanla telefon danışığından sonra Tramp administrasiyası planı yenidən qiymətləndirib. Qərara alınıb ki, genişmiqyaslı fəaliyyətə çevrilə biləcək bir əməliyyat ideyası dayandırılmalıdır. Beləliklə, Ankaranın diplomatik müdaxiləsindən sonra terror təşkilatları vasitəsilə İran daxilində cəbhə açmaq cəhdi dayandırılıb”.

Tarix
2026.05.16 / 10:21
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla