Yuxarı

WUF13: FHN üzərinə düşən vəzifələri icra edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13: FHN üzərinə düşən vəzifələri icra edir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə, dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Sessiyaya hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələri uğurla icra edir.

Axar.az xəbər verir ki, bu sözləri FHN-in Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.

"Bu məqsədlə FHN-də Nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.

Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb.

⁠⁠Həmçinin, Nazirliyin müvafiq strukturları, o cümlədən yangın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri tədbirlər həyata keçirilib. Belə ki, Nazirlikdə yaradılmış Qərargah tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib, şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə, o cümlədən otel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri, insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar edilib", - o əlavə edib.

Tarix
2026.05.16 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla