Yuxarı

Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY

12:19

Ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verildi. Bu sistemin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.

Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB seriyası da əlavə edilib:

“Artıq “iOS” sistemi ilə çalışan cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən yararlana bilərlər. Tezliklə “Android” sistemi ilə çalışan cizahlarda da AB seriyası aktivləşdiriləcək.

Yəni üztanıma sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi “ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək mümkündür”.

Qeyd edək ki, bundan öncə yayılan məlumatlarda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən yararlanmaq istəyən vətəndaşların çətinliklə qarşılaşdıqları bildirilirdi.

Tarix
2026.05.16 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla