Vinisiusun Dubayda qeyri-adi görüntüləri - Video
17:52
| Ana səhifə İdman |
|
“Real”ın braziliyalı ulduzu Vinisius Junior Dubayda qeyri-adi görüntüləri ilə gündəmə gəlib.
Axar.az lent.az-a istinadla xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən 26 yaşlı futbolçu istirahət üçün Dubaya yollanıb.
İsti havadan narahat olan futbolçunu sərinlətmək üçün əməkdaşlar onu müşayiət ediblər. Görüntülərdə əməkdaşlardan birinin Vinisiusu günəşdən qorumaq üçün başı üzərində çətir tutduğu, digərinin isə ventilyatorla sərinlətdiyi əks olunub.
Onun küçədə bu şəkildə gəzməsi ətrafdakıların diqqətini çəkib.
Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
|
Tarix
2026.11.10 / 17:52
|
Müəllif
Axar.az
|