Yuxarı

Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto

Qobustan Milli Tarix-Bədii Qoruğunun (MTBQ) Kiçikdaş dağı ərazisində yeni qayaüstü təsvirlər aşkar olunub.

Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir. Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir.

Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

Hazırda təsvirlərin sənədləşdirilməsi və 3D modelləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Tarix
2026.04.15 / 17:22
Müəllif
Kult.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla