Yuxarı

“AccessBank”ın depozit portfeli kiçildi, vəsaitlər geri çəkildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AccessBank”ın depozit portfeli kiçildi, vəsaitlər geri çəkildi

2026-cı ilin üçüncü rübünün sonuna “AccessBank” QSC-nin depozitləri 3,56% azalaraq 1 milyon 92 min 11 manata düşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 2025-ci ilin sonuna bu göstərici 1 milyon 132 min 381 manat təşkil edib.

Hüquqi şəxslərin bankdakı depozitləri 194 milyon 296 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 18,8% azdır.

Fiziki şəxslərin depozitləri isə cüzi – 0,5% artaraq 897 milyon 715 min manata çatıb.

Cari ilin sentyabrın 30-na “AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 40%-dən çox artaraq 470 milyon 16 min manat təşkil edib.

İlin ilk 9 ayı üzrə bankın faiz xərcləri 17,5% artaraq 85 milyon 705 min manata bərabər olub. Bank cəlb etdiyi kreditlərə görə 21 milyon 225 min manat faiz ödəyib.

Maliyyə instutu hesabat dövründə 45 milyon 246 min manat xalis mənfəət əldə edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 56 milyon 558 min manat olub.

Qeyd edək ki, cari ilin sentyabrında "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100 faizini alıb. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.

Tarix
2026.10.15 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla