Yuxarı

Dünya Kubokuna yekun vuruldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Kubokuna yekun vuruldu

Milli Gimnastika Arenası aprel 17-19-da möhtəşəm idman bayramına ev sahibliyi edib.

Axar.az xəbər verir ki, bədii gimnastika üzrə keçirilən Dünya Kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirak edərək, tamaşaçılara unudulmaz anlar yaşadıb.

Üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olunub. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə bacarıqlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriiçuk birinci yerə layiq görülüb.

Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış edərək yüksək peşəkarlıq göstəriblər. Çoxnövçülük üzrə qalib İsrail komandası oldu. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşdı.

Final mərhələsində isə mübarizə daha da gərgin keçdi. Halqa proqramında qızıl medalı Taisiia Onofriiçuk qazanıb. Top proqramında və gürzlər üzrə çıxışlarda Darya Varfolomeev birinci olub. Lent proqramında da o, birinciliyini qoruyub.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olunub. Bu mükafata fərdi proqramda Darya Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.

Tarix
2026.04.19 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla