Yuxarı

“Bayatı-Araz” təqdimatı: prototiplər də gəldi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bayatı-Araz” təqdimatı: prototiplər də gəldi - Foto

Aprelin 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, AYB üzvü Etibar Muradxanlının Vətən müharibəsinə həsr olunan “Bayatı-Araz” adlı kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda tanınmış aydınlar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi iştirakçıları, media və QHT nümayəndələri, eləcə də oxucular iştirak edib.

Təqdimat mərasiminin aparıcısı – AYB-nin Bədii tərcümə və Ədəbi əlaqələr mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verib, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərdən bəhs edib.

Vurğulanıb ki, sənədlərə və faktlara əsaslanaraq yazılan roman əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu, qəhrəmanlıq salnaməsini əks etdirir. Əsərdə cəbhənin güney istiqamətində aparılan döyüş əməliyyatları, ordumuzun, özəlliklə sərhəd qoşunlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də Ali Baş Komandanın sərkərdəlik məharəti dolğun şəkildə təsvir olunub.

Aparıcı çıxışında Qarabağ müharibəsi şəhidi, müəllifin qardaşı oğlu, baş leytenant Əliqismət Yaqublunun şərəfli həyat yoluna da toxunub.

Bildirilib ki, “Bayatı-Araz” müəllifin Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Etibar Muradxanlı bundan əvvəl “Siz müharibədəsiniz, leytenant”, “Tələbə taqımı” və “İlin beşinci fəsli” kimi əsərlərində bu mövzuya müraciət edib.

Tədbirdə akademik Nizami Cəfərov, AYB katibləri – yazıçı Elçin Hüseynbəyli, İlqar Fəhmi, eləcə də yazıçı və şairlər Əli Rza Xələfli, Ağacəfər Həsənli, Arzu Nehrəmli, İlqar Türk, Ayaz Arabaçı, Qabil Nəbi, tədqiqatçı alim Jalə Cəfərova, Qazaxıstandan gəlmiş şair-tərcüməçi Sayat Kamşuger, Qəni Camalzadə, Gəray Göyyurd, Şəfəq Sahibli, Güləmail Murad, Nüşabə Məmmədli və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar Etibar Muradxanlının vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə polkovnik Himayət Qubadov, əsərdəki obrazların prototipləri - canlı qəhrəmanlar, gizir Mirzə Ağayev və Cavidan Şərifov çıxış edərək döyüş xatirələrini bölüşüb, müəllifə təşəkkürlərini bildirib.

Sonda Etibar Muradxanlı tədbir iştirakçılarına minnətdarlığını bildirib və oxucular üçün kitablarını imzalayaraq hədiyyə edib.

Tarix
2026.04.15 / 11:21
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla