Yuxarı

Azərbaycana 38 min ton ət gətirildi - Qiymətə necə təsir edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana 38 min ton ət gətirildi - Qiymətə necə təsir edəcək?

Azərbaycana ət idxalı sürətlə artır. Bu ilin 9 ayında ölkəyə 89,4 milyon dollar dəyərində, 38 min tona yaxın ət gətirilib. Xaricdən alınan ətin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz yüksəlib.

İdxalın artması daxili bazarda ətin qiymətinə necə təsir edəcək? Ət ucuzlaşa bilərmi?

Axar.az xəbər verir ki, iqtisadçı Elçin Rəşidov Globalinfo.az-a açıqlamasında ət idxalının artmasına yerli ət istehsalının daxili tələbi ödəməməsinin səbəb olduğunu bildirib:

“Daxili istehlakla yerli istehsal arasındakı fərq nə qədər böyük olarsa, idxal da bir o qədər artır və həmin fərq idxal hesabına bağlanmağa çalışılır. Məsələn, daxili istehlak 100 ton, yerli istehsal isə 70 tondursa, aradakı 30 ton idxal hesabına təmin edilir. İndi daxili istehsal azalsa, fərq böyüyür. Bu fərq 30 ton deyil, 40 ton olur və nəticədə idxal artır. Beləliklə, ətin ölkəyə idxalının artması qiyməti ucuzlaşdırmır, yalnız həmin fərqi bağlayır. Uzunmüddətli perspektivdə bunun heç bir təsiri olmur. Kimsə indiki vəziyyəti düzgün hesablamadan, həddindən çox ət gətirərsə və bazar birdən-birə ətlə dolarsa, bu, qısamüddətli dövrdə ətin qiymətinin düşməsinə səbəb ola bilər”.

İqtisadçı bildirib ki, idxalın artmasının uzunmüddətli perspektivdə qiymətlərə heç bir təsiri yoxdur:

“Belə bir vəziyyət sonradan yenidən öz balans nöqtəsini tapır. Buna görə də gələcəkdə ət istehsalı və idxalı azalır. İdxal azaldığına görə bazarda ətin artıqlığı aradan qalxır və yenidən balans qiyməti formalaşır. Odur ki, idxalın artması və ya azalması uzunmüddətli perspektivdə qiymətə təsir etmir. Yaxınmüddətli perspektivdə də idxalın qiymətə təsir edib-etmədiyi bilinmir. Çünki idxalın artmasının səbəbi ətin qiymətinin yüksəlməsi ola bilər. Yəni idxal artır, amma qiymət də yüksəlir. Əksinə, qiymət artmadan idxalçılar planlarını düzgün qurmadan təsadüfən həddindən çox ət gətiriblərsə, bu da qiyməti müvəqqəti aşağı sala bilər. Uzunmüddətli perspektivdə isə təsir etmir”.

Tarix
2026.10.21 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla