Yuxarı

Xətaidə Energetiklər Günü münasibətilə tədbir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Energetiklər Günü münasibətilə tədbir...

Xətai rayonunda “20 Oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəsi Şahin Qədimli, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, energetika sahəsinin əməkdaşları iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm istiqamətlərindən birinin enerji təhlükəsizliyinin təmin edilməsi olduğu vurğulanıb. Qeyd olunub ki, son illərdə energetika sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, enerji infrastrukturunun yenilənməsi və müasir texnologiyaların tətbiqi Azərbaycanın enerji potensialının əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib.

Bildirilib ki, Azərbaycan energetikası Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin enerji potensialının artırılması ilə yanaşı, Azərbaycanın regionda etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsi, enerji resurslarının şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür.

Çıxışlarda xüsusilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, “yaşıl enerji” potensialının reallaşdırılması və işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən layihələrin ölkənin dayanıqlı inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Bildirilib ki, enerji sisteminin etibarlılığının və dayanıqlılığının artırılması, müasir infrastrukturun formalaşdırılması, yeni generasiya güclərinin yaradılması və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Tədbirdə energetika sahəsində çalışan əməkdaşların fədakar əməyi, yüksək peşəkarlığı və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına verdikləri töhfə xüsusi qeyd olunub. Energetiklər peşə bayramı münasibətilə təbrik edilib, onlara fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı və xidmətləri ilə fərqlənən bir qrup əməkdaş təltif olunub.

Tarix
2026.10.21 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla