Yuxarı

Azərbaycanı görmədən sevən özbək şair 28 yaşında öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanı görmədən sevən özbək şair 28 yaşında öldü

Bu səhər aldığım bir xəbər məni sarsıtdı. Azərbaycanı ürəkdən sevən, gənc olmasına baxmayaraq, bütün nəsillərdən olan yazıçılarımızın yaradıcılığını dərindən bilən, tərcümə və təbliğ edən istedadlı özbək dostumuz Cahangir Namazov gözlənilmədən dünyasını dəyişmişdir.

Kult.az xəbər verir ki, bunu xalq yazıçısı Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Özbəkistanın Nəmənqan vilayətindən olan 28 yaşlı şair “Ədəbiyyat və İncəsənət” portlalının təmsilçisi, Dünya Türk Yazarlar Birliyinin üzvü idi:

“Bir neçə kitabı çıxmışdı. Əsərləri 30-a yaxın ölkədə çap olunmuşdu. Elə həmin ölkələrin ədəbi mətbuat orqanları və portallarında mənim şeirlərimi də çap etdirirdi. Azərbaycanın müxtəlif nəsillərdən olan 30 müəllifindən müsahibələr almış və Özbəkistanda dərc etdirmişdi. Telefon danışıqlarımızın birində bu ədəbi-bədii və elmi söhbətlərini Azərbaycanda kitab şəklində buraxdırmaq arzusunu bildirmişdi. Mən onun arzusunu yerinə yetirib, “Mücrü” nəşriyyatında “Azərbaycan yazarları belə deyir” adlı kitabını nəşr etdirmişdim. Kitab ona göndərilmiş və onu sevindirmişdi. Ancaq onun ən böyük arzusu ürəkdən sevdiyi Azərbaycanı görmək və bu kitabın təqdimatını keçirmək idi. Biz onun arzusunu yerinə yetirəcəyik, təəssüf ki, özü olmadan...

Qardaş Özbəkistan Cahangirin simasında özbək ədəbiyyatıyla dünya ədəbiyyatının arasında körpü yaradan çox istedadlı bir gənc qələm sahibini itirdi. Əslində, elə Cahangir Azərbaycan ədəbiyyatının da ardıcıl təbliğçilərindən biriydi”.

Sabir Rüstəmxanlı Cahangir Namazovun Azərbaycanı görmədən yazdığı “Azərbaycanım” adlı şeirini də Aysel Xanlarqızının tərcüməsində paylaşıb:

Azərbaycana

Bu qədər ürəkdən sevmək olarmı,

Üzünü görmədən bir başqa yeri.

Adı çəkiləndə ruhum sevinir,

Odur ürəyimin xoşbəxtlik sirri.

Xəyalım dolaşır küçələrində,

Qayalar dil açır Qobustandakı…

Alov qüllələri boylanır, baxır,

Salam söyləyirəm, eşidir Bakı!

Dənizin nəfəsi, küləyin səsi

Hicran yanğısıtək toxtamaz bir an…

Laylası məst edər gözəlliyilə

Qoynuna çağırar əziz Abşeron.

Sən məğrur, əbədi, qədim tarixsən,

Müdrik gələcəkdən xəbərdar, agah…

Qədim qalaların, gözəl bağların,

Köksündə cəmlənib Gəncə və Qazax.

O çay kollarının ətrin duyuram,

Yaşıl yarpaqlayır duyğular hər an.

Astara səsləyir: gəl, qardaş, deyə,

Limonlu çay süzür mənə Lənkəran.

Mingəçevir- səntək hey işıq saçır,

Çoşur ilhamım da səndən başlayır.

Mənə çox doğmasan, elə əzizsən,

Çünki gül qoynunda dostum yaşayır!

Dünya dərdlərindən yorulur könül,

Rahatlıq və hüzur axtarır bu can.

“Şükr elə” deyərək səccadə sərib,

Əlimə bir təsbeh verir Naxçıvan.

Qırmızı almalar, yaşıl almalar,

Quba tərəflərdə gözüm qalıbdır.

Xaçmazın o geniş, xoş yaylaqları

Ürəyimə vətən eşqi salıbdır.

Şoran olsa belə, bərəkəti bol,

Nə qədər təmizdir, xoşdur həyatı.

Döyünən qəlbidir hər sətirimin

Şirvan və Salyanın şərəfli adı.

Sarsıtdı, çox yordu nisgil, iztirab,

Şəkillərdən sənə həsrət baxıram.

Səni hiss edərək qucaqlayıram,

Səninlə göylərə uçuram, Aran.

Azərbaycan, böyük sevgimsən mənim,

Kədərim, sevincim — sənə bağlıdır.

Özüm Özbək oğlu, türk oğlu türkəm,

Amma duyğularım Qarabağlıdır.

Ey mənim görmədən sevdiyim diyar,

İstəyim də sənsən, arzum da sənsən.

Hüsnünə dastanlar söyləsəm yetməz,

Sözüm aciz qalır, can Azərbaycan!

Tarix
2026.04.17 / 11:33
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

İlham Əliyev Şara ilə görüşdü - Foto

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Prezident Maya Sandu ilə görüşdü

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Qafarova və Simonyan arasında görüş başladı - Video

Bakıda Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası başladı

Azərbaycan XİN Suriyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla