Yuxarı

Azərbaycanda vəhabilərdən istifadə edəcəklər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir deyillər".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, bir zamanlar Azərbaycanın Rusiya əleyhinə Çeçenistandakı döyüşçülərə dəstək verdiyini bildirib:

"Azərbaycan vaxtıyla Çeçenistanda separatçılara dəstək verirdi. Bu, Dudayevlə Məshədovun vədələrinə düşürdü. Səbəbi isə aydın idi. Rusiya o zaman açıq şəkildə erməniləri müdafiə edirdi. Ruslardan niyə onlara dəstək verdiklərini soruşanda "yaxşı edirik" deyə cavab verirdilər. Azərbaycan da Heydər Əliyev vaxtında çeçen separatçılarına dəstək verdi. Bundan sonra Rusiya gördü ki, bu onlara çox ağır başa gəlir. Ona görə bəzi məsələlərdə güzəştə getdilər. Artıq Rusiya-Azərbaycan münasibətlərində aydın bir model qurulub. Onlar bizə, biz isə onlara toxunmuruq. Azərbaycan artıq Şimali Qafqazda separatçılara dəstək vermir".

Politoloq vəhabilərin Azərbaycan ərazisində hələlik ehtiyat variant kimi saxlanıldığını qeyd edib:

"Dini radikallar Azərbaycanda heç bir şey edə bilməyəcəklər. Bu vəhabilər harada dəyişiklik edə biliblər? O ölkələrdə ki, oraya xaricdən güclü müdaxilə olub. NATO olmasaydı, Qəzzafi onları əzəcəkdi. Suriyada Qərb, Səudiyyə Ərəbistanı, Qətər müdaxilə etməsəydi, Əsəd onları əzəcəkdi. Yəməndə Səudiyyə Ərəbistanı yardım etməsəydi, onlar sakitcə yerlərində oturacaqdılar. Yəni onlar alətdirlər. Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir olmurlar. Azərbaycanda dini radikallar var, amma onlardan necə istifadə edirlər? Suriyaya ət kimi göndərirlər. Azərbaycana hansısa xarici qüvvə, dövlət müdaxilə etmək istəsə, o zaman onlardan istifadə edəcək. Hazırda nə Rusiya, nə də ki Qərb Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdır. Amma hər iki halda onları ehtiyat kimi saxlayırlar. Yəni saxla samanı, gələr zamanı. Bu, təhlükə, təhdid hələ qalır. Amma onlar savadsızlıqlarından, siyasəti bilmədiklərindən heç vaxt müstəqil model kimi ola bilməzlər".

Tarix
2014.04.19 / 10:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla