Yuxarı

Keçiddən keçməyən vətəndaşlar belə cərimələnir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Bakı şəhərində keçidlərdən istifadə etməyən vətəndaşları polisin cərimələməsi halları artıb. Vətəndaşlar keçidlərdən istifadə etməmələrini müxtəlif səbəblərlə izah edirlər.

"Axar.az" xəbər verir ki, çəkiliş apardığımız Nizami kinoteatrının qarşısındakı keçidin girişində 5 polis əməkdaşı dayanıb keçidlərdən istifadə etməyən vətəndaşları cərimələyir.

Qeyd edilən ərazidə olduğumuz təxminən 1 saat ərzində dəfələrlə qarşılaşdığımız maraqlı fakt ondan ibarətdir ki, polis əməkdaşları qaydaları pozan xarici vətəndaşlara cərimə tətbiq etmədən onları azad etdi.

Qanunvericiliyə görə keçidlərdən istifadə etməyən piyadalar İnzibati Xətalar Məcəlləsinin 153.1.1 maddəsi ilə 20 manat məbləğində cərimə edilirlər. İşsiz vətəndaşlara 20 faiz güzəşt edilir. İlk 3 gündə cəriməni ödəyən şəxsə isə daha 10 faiz güzəşt tətbiq edilir.

Tarix
2014.04.22 / 08:15
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla