Yuxarı

Novruz Məmmədov “Fransız” filmində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Modern.az" saytı "Kinomuzda "təsadüfi" məşhurlar" rubrikasının budəfəki sayında "Fransız" filmində rol alan "qeyri-peşəkar"lara diqqət çəkib və PA rəsmisi Novruz Məmmədovla şair İlqas Tapdığın yaratdığı obrazlara toxunub.

Bu iki məşhurun çəkildiyi "Fransız" filmi 1995-ci ildə ekranlaşdırılıb, film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr olunub.

"Fransız"ın rejissoru xalq artisti, "Space" telekanalının hazırkı prezidenti Vaqif Mustafayevdir.

"Fransız " filmi Əmir Pəhləvanın "Əhlikeyf " povestinin motivləri əsasında çəkilib. Böyük ictimai problemlərə həsr olunmuş film forma etibarilə bəzi yeniliklərlə yadda qalıb.

Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqındadır. Əlibala (mərhum aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər üsula əl atırlar, amma bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.

Filmdə aktyor qismində iştirak edən məşhurlardan biri tanınmış şair İlyas Tapdıqdır. Şair elə filmdə də şair rolunu canlandırır. Qeyd etdiyimiz kimi, milliliyini, dilini danan Əlibalanı yola gətirməkdən ötrü hər vasitəyə əl atılır. Gah deputat gəlir, gah meyxanaçı, gah ifaçı. Hamısının da tənbeh hədəfi məhz "Fransız Əlibala"dır.

İlyas Tapdıq da şair kimi obyektə gələrək dilini, özünü unudub hamıdan qaçıb çardaqda gizlənən Əlibalaya məsləhət verir. Şeir deyəndən sonra isə saz çalmağa başlayır.

Bu epizodun maraqlı tarixçəsi var. Bu barədə şairin özü danışır: "Mənim filmlərdə fəaliyyətim az olmayıb. Bir çox sənədli filmlərin çəkilişində iştirak etmişəm. Bir çoxunun ssenari müəllifi elə özüm olmuşam. Demək istəyirəm ki, kino mənə uzaq bir sahə deyil. "Fransız" filmində isə aktyor kimi çıxış etdim. Çox adam elə bilir ki, bu filmdə saz çalmağım üzə çıxıb. Amma mən uşaqlıqdan saz çalmışam. Məni filmə dəvət edəndə heç bilmirdilər ki, saz çalmaq qabiliyyətim də var. Mən orada bir aktyor kimi sazı sadəcə əlimdə saxlamalı idim. Bilmədən başladım çalmağa. Gözəl bəstəkarımız Xəyyam Mirzəzadə də orada idi. Dedi ki, "sənin nə gözəl saz çalmağın var! Hansı havadı bu?" Dedim ki, "Qaraçı" havasıdı.

Dedi ki, "elə filmdə də çalıb-oxuya bilərsən?" Dedim, "hə, niyə çalmıram ki!" Uşaq vaxtı bəzi havaları aşıqlardan eşitmişdim, onlardan öyrənmişdim. Elə yadımda qalanı da oxudum".

Filmdə iştirak edən ikinci məşhur isə hazırda Prezident Administrasiyası rəhbərinin müavini, həm də Administrasiyada Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. N.Məmmədov epizodik bir rolu ifa etsə də, film üçün bu obraz çox vacib və simvolikdir. Belə ki, o, filmdə Fransa səfirliyinin əməkdaşı kimi Parisin vurğunu olan, öz dilində deyil, fransız dilində danışan Əlibalaya Eyfel qülləsinin kiçik modelini təqdim edir. Rejissor bu epizodik rolla bir çox mühüm sosial mesajları göstərmiş olur. Bir tərəfdən özündən, milliliyindən uzaqlaşan azərbaycanlı, digər tərəfdən isə öz vətəninə sayğı göstərən əcnəbini mükafatlandıran fransız...

Fransız dilində mükəmməl danışan Novruz Məmmədov rolun öhdəsindən uğurla gəlib.

Tarix
2014.04.22 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla