Yuxarı

Bakının növbəti aprel zərbəsi: Moskva da narahatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının növbəti aprel zərbəsi: Moskva da narahatdır

Lavrovun münaqişənin “mərhələli həll”inə üstünlük verəcəyi az ehtimal olunur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, rəsmi Bakı Moskvanın Qarabağ siyasətindən narazı olsa da, Kremli dinləyir:

“Birincisi, Lavrov erməni həmkarı Edvard Nalbəndyanla tez-tez Moskvada görüşür. Məmmədyarov nəticəsiz olsa belə, Lavrovla görüşdən imtina etsə, bu, Moskvada narazılıqla qarşılanacaq. Bakı isə Moskva ilə münasibətləri gərginləşdirmək istəmir.

İkincisi, Minsk Qrupunun 3 həmsədrindən ancaq Rusiya fəaldır, o birilərin münaqişənin hazırkı vəziyyəti maraqlandırmır, Paris və Vaşinqton növbətçi açıqlamalarla kifayətlənirlər. Ona görə də Bakı Qarabağ məsələsini yalnız Moskva ilə müzakirə etmək məcburiyyətində qalıb”.

Politoloq münaqişənin həllində irəliləyiş olmadığı halda Lavrovun erməni və azərbaycanlı həmkarları ilə Moskvada tez-tez görüşünə də aydınlıq gətirib:

“Bu görüşlər heç də münaqişənin qısa müddətdə həlli ilə bağlı deyil. Kreml sadəcə, İrəvan kimi, aprel ayından qorxur. Moskva da düşünür ki, Azərbaycan Ordusu apreldə irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən, apreldə Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Apreldə savaş olarsa, bu, Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml istəyir ki, aprel də daxil olmaqla, cəbhədə atəşkəsə riayət olunsun”.

E.Şahinoğlu bildirib ki, Moskvanın bu istəyi rəsmi Bakının maraqlarına ziddir:

“Moskva və İrəvan status-kvonu qorumağa çalışırlar. Bu isə Azərbaycanın maraqlarına ziddir. Rəsmi Bakı daim status-kvonun dəyişdirilməsi haqqında düşünür. Moskvanın israrları qarşlığında cəbhə bölgəsində aprel ayı sakit keçsə belə, növbəti ayların sakit keçəcəyinə təminat yoxdur”.

Tarix
2017.03.09 / 12:14
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla