Yuxarı

Putin Sərkisyana olan etimadını itirib - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Sərkisyana olan etimadını itirib - Ekspert

Dağlıq Qarabağla bağlı hazırkı durum, Ermənistanda Qərbə doğru meyllənmələr və Rusiyanın bu ölkədəki bazalarının gələcək taleyi Putini maraqlandıran ən əsas məsələlərdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Moskva Ermənistan prezidentinə olan etimadını itirib:

“Rusiya establişmentinin Patruşev kimi ağır çəkili, xüsusi xidmət əməkdaşının Ermənistana səfəri müəyyən mətləblərdən xəbər verir. Hesab edirəm ki, bu səfər həm Ermənistandakı vəziyyətlə, həm də regional proseslərlə bağlıdır. Proseslər göstərir ki, Moskva Ermənistan prezidenti ilə bağlı ciddi götür-qoy edir. Zənnimcə, Rusiya Sərkisyanı Karen Karapetyanla əvəz etməyə çalışır. Çünki Dağlıq Qarabağla bağlı hazırkı durum, Ermənistanda Qərbə doğru meyllənmələr və Rusiyanın bu ölkədəki bazalarının gələcək taleyi Putini maraqlandıran ən əsas məsələlərdir. Görünür, Kreml bu məsələləri yerində həll etmək istəyir və ona görə də məhz Patruşevi təlimatlandırıb”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev martın 6-da İrəvana səfər edib. Səfərdə əsas məqsəd İrəvanda təhlükəsizliklə bağlı məsləhətləşmələr aparmaq olub.

Tarix
2017.03.10 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla