Yuxarı

Qarabağı “beşinci kolon”un nümayəndələri satdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda vaxtı ilə "beşinci kolon" var idi və Qarabağda da uğur qazandılar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, "beşinci kolon"a ilk dəfə Xalq Cəbhəsinin içində rast gəldiyini bildirib:

"Mən öz həyatımda "beşinci kolon"u Xalq Cəbhəsinin içərisində görmüşəm. Onlar demokratik hərəkatın mahiyyətini dəyişib onu çevriliş, qiyam xarakterli bir şey elədilər. Bax "beşinci kolon"u orada görmüşəm. İndi həqiqətən də görürəm ki, "beşinci kolon" kimi bir sıra iri dövlətlərin nümayəndələri çıxış edir. Azərbaycanda vaxtı ilə "beşinci kolon" var idi və Qarabağda da uğur qazandılar. Avarları, ləzgiləri, talışları doğma vətənlərinə qarşı qaldırmaq cəhdləri iflasa uğradı. Bir sıra adamların sayəsində bu, mümkün oldu. İndiki dövrdə "beşinci kolon" deyərkən mən anlamıram nəyi nəzərdə tuturlar. Azərbaycanda korrupsiyanın miqdarını azaltmağa cəhd göstərən insanları "beşinci kolon" adlandırmaq nə dərəcədə düzgündür? Əgər burada Azərbaycanın dövlət müstəqilliyini, gücünü sarsıdan qüvvələr nəzərdə tutulursa, onda məni də hakimiyyətdəki rüşvətxorlarla birgə tutun".

Qeyd edək ki, son günlər bəzi ekspertlər Azərbaycanda Rusiyanın "beşinci kolon" təhlükəsinin olduğu haqqında proqnozlar verir, gələcəkdə Rusiyanın bu kolondan Azərbaycana qarşı geniş şəkildə istifadə edəcəyini bildirirlər.

Tarix
2014.04.22 / 22:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla