Yuxarı

Suriyaya gedən üç azərbaycanlı həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədçiləri sərhəddən gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, onların arasında Azərbaycan, Tunis, Almaniya, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə vətəndaşları var.

Sərhəd pozucuları Kilis vilayətinin Aşağıbəylərbəyi kəndi yaxınlığında tutulub. Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşının adı və soyadı açıqlanmır.

Türkiyə sərhədini pozmaq istəyərkən saxlanılan 7 əcnəbi ölkədən çıxarılmaq üçün Kilis polisinə təhvil verilib.

APA-nın Türkiyə müxbiri isə xəbər verir ki, Türkiyə ərazisindən Suriyaya keçmək istəyən daha 2 Azərbaycan vətəndaşı Hatay ərazisində saxlanılıb.

Hatay polisindən bildirilib ki, biri qadın, biri kişi olan Azərbaycan vətəndaşları Hatay vilayət polis idarəsində verdikləri ifadələrində Suriyanın Hələb bölgəsində qohumlarını görməyə getmək istədiklərini qeyd ediblər. Hazırda hər iki Azərbaycan vətəndaşı Hatay vilayət polis idarəsinin nəzarət bölməsində saxlanılır.

Polisdən o da bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaya getməsinin qarşısının alınması üçün son vaxtlar sərhəddə nəzarət daha da gücləndirilib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb.

Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.

Tarix
2014.04.23 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla