Yuxarı

İstintaqa cəlb olunan daha bir generalın adı bəlli oldu – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"General Beydullayev də istintaqa cəlb olunanlar sırasındadır".

Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovdan sonra da çox ciddi addımlar atılacağını qeyd edib:

"Mən inanmaq istərdim ki, bu araşdırma aparılacaq. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslərdə var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqqında raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir".

Hərbi ekspert istintaqa cəlb olunanlar sırasında bir neçə yüksək rütbəli zabitin olduğunu bildirdi:

"Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o vəzifəlilərdən biri - general Beydullayev artıq istintaqa cəlb olunub".

Qeyd edək ki, general-mayor Məmməd Beydullayev Zakir Həsənova qədər Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsini icra edib. Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində onun da adı yer alıb. Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından olduğu bildirilir.

Tarix
2014.04.23 / 17:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla