Yuxarı

Olimov: "Bakıdakı sabitlik dərindən öyrənilməlidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Olimov: "Bakıdakı sabitlik dərindən öyrənilməlidir"

Bugünkü konfrans Azərbaycan Prezidenti İlham Əliyevin hər cür təqdirə və tərifəlayiq olan həqiqətən çox gərəkli təşəbbüsüdür. Mənə ikiqat xoşdur ki, Azərbaycan Prezidenti Tacikistan Prezidentinin, xalqımızın lideri Emoməli Rəhmonun çox yaxın dostudur.

Axar.az xəbər verir ki, “İslam həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransında iştirak edən Tacikistan Milli Elmlər Akademiyasının akademiki Karamatullo Olimov martın 15-də Azərtac-a müsahibəsində deyib:

Bu tədbirə gəldikdə isə İslam həmrəyliyi zamanın tələbidir, çünki hazırda “İslam dövləti” deyilən terror təşkilatı və İslamın bayrağı altında fəaliyyət göstərən digər müxtəlif qruplaşmalar tərəfindən hər cür ekstremist və radikal addımlar güclənir. Onlar faktiki olaraq İslama qarşı çıxırlar.

Bugünkü tədbir İslamın nə demək olduğunu, indiki və gələcək nəsillərin sülh şəraitində yaşaması üçün müsəlmanlar arasında həmrəyliyi və başqa konfessiyalar arasında həmrəyliyi necə təmin etməyi başa düşməkdə və daha yaxşı təsəvvür etməkdə insanlara kömək edəcək. Azərbaycanlı dostlarımızın bu təşəbbüsü, bugünkü konfransda bir çox ölkələrin nümayəndələrinin, alimlərin və din xadimlərinin iştirakı, vəziyyəti təhlil etməsi və öz təkliflərini irəli sürməsi bizi çox sevindirir. Azərbaycanda hökm sürən sülh və sabitlik dərindən öyrəniləsi mövzudur. Bu, Azərbaycan Respublikasının rəhbərliyinin siyasətinin düzgün olduğunu, xalqın ruh yüksəkliyini göstərir.

Tarix
2017.03.15 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla