Yuxarı

Ərdoğan bunu bacardı: İndi əsas məsələ… - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki referendum Ərdoğanın prezident hakimiyyətini hüquqi cəhətdən möhkəmləndirdi. Burda sensasiyalı heç nə yoxdu.

Bu sözləri rus politoloq Qriqori Trofimçuk Türkiyədə keçirilən referendum haqda Axar.az-a eksklüziv açıqlamasında deyib. Politoloq vurğulayıb ki, Ərdoğanın hakimiyyəti 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra artıq möhkəmlənməyə başlamışdı:

“Sadəcə olaraq, problem ondadır ki, prezident tərəfdarları ilə bu qərara qarşı çıxan şəxslərin sayı, demək olar ki, eyni oldu. Və bu təhlükəli vəziyyət, şübhəsiz ki, gələcəkdə Türkiyədə baş verəcək hadisələrdə öz rolunu oynayacaq. Əgər Ərdoğan anti-İran sanksiyalarında və Suriya böhranı məsələsində lazım olduğu kimi davranmasa, bu məqamdan Qərb xüsusi istifadə edəcək.

İndi müxalifət artıq Türkiyə daxilində Ərdoğana bildirir ki, hər şey o qədər də rahat olmayacaq. Onu da vurğulayaq ki, Türkiyə əhalisinin əhəmiyyətli kəsimi Atatürk tərəfindən əsası qoyulan dövlət modelindən uzaqlaşmaq istəmirdi”.

Politoloqun fikrincə, referendumdan sonrakı idarəçilik sistemi Türkiyə prezidentinə aldığı qərarlarda heç kimlə hesablaşmamaq şansı verəcək:

“Vaxt qıtlığı və dövlət sistemlərinin operativ fəaliyyəti baxımından bir çox hallarda bu, daha yaxşıdır. Lakin burda qərarlar rəhbərin şəxsiyyətindən və fərdi qabiliyyətlərindən asılı olur. Türkiyənin əsas problemlərinin həllində operativ, amma düzgün qərarlar vacibdir. Çünki Türkiyə ətrafında belə problemlərin olacağı dəqiqdir, bu ölkə keçmiş və gələcək hadisələrin mərkəzində, Qərblə Şərq arasında, Yaxın Şərqlə Qafqaz, İran yaxınlığında yerləşir”.

Tarix
2017.04.18 / 09:16
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla