Yuxarı

Lavrovun bu addımı hörmətsizlikdir - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Gürcüstanın separatçı regionu - Abxaziyaya səfəri birbaşa Cənubi Qafqazda separatizmə dəstək, dövlətlərin beynəlxalq çərçivədə tanınmış ərazilərinə hörmətsizlikdir.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun aprelin 18-19-da Abxazıyaya baş tutan səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu kimi səfərlər regionda sülhə və təhlükəsizliyə ciddi təhdidlər vəd edir:

“Rusiya bu siyasətlə həm də Gürcüstana ciddi təzyiq etməkdədir. Çünki Gürcüstanla Avropa İttifaqı arasında viza rejimi aradan qaldırıldı və may ayında NATO baş katibinin konfransla əlaqədar Tiflisə səfəri gözlənilir. Rəsmi Kreml Gürcüstanın Qərbə inteqrasiya siyasətini özünün “həyati maraq” kəsb etdiyi Qafqaz siyasətinə təhdid sayır. Sergey Lavrov Suxumidə çıxışında separatçı Abxaziyanın təhlükəsizliyini Rusiya ilə bağladı, hətta bu tanınmamış qurumun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi üzv kimi qəbul olunacağı mesajını verdi. Rəsmi Moskvanın bu siyasəti ATƏT-in prinsiplərinə, Helsinki Yekun Aktının maddələrinə ziddir. Çünki ölkələrin sərhədlərinin toxunulmazlığı əsas götürülür və bu sərhədlərin güclə dəyişdirlməsi qəbuledilməzdir”.

Politoloq bu siyasətin Avropanın cənub sərhədlərində münaqişə ocaqlarını yaratmaqla, beynəlxalq təhlükəsizliyi təhdid yaratdığını vurğulayıb:

“Lavrovum separtçı Abxaziyaya KTMT-da müşahidəçi qismində üzvülüyü vədinə gəldikdə isə qeyd edim ki, təşkilatın digər üzv dövlətləri bunun əleyhinə səs verəcəklər. Ermənistanın isə buna razılıq verəcəyi şübhə doğurmur. Hazırda bu ssenarilər Moskva tərəfindən hazırlanır və regionu öz orbitində saxlamaq üçün istifadə edilir. Təbii ki, Azərbaycan və KTMT-dəki tərəfdaşlarımız separatçı qurumların Rusiyanın idarə etdiyi hər hansı regional bir təşkilata üzv olmasına imkan verməməlidir”.

Tarix
2017.04.21 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla