Yuxarı

Ermənilər rus hərbçiləri niyə öldürür? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda rusiyalı hərbçi öldürülüb. Rəsmi İrəvan qətlin motivini dəyişməyə, fikiri yayındırmağa çalışır. Bu səbəbdən də cinayət tam araşdırılmamış tələm-tələsik bildirilib ki, qətl məişət zəmnində törədilib. Lakin bu barədə heç bir sübut göstərilməyib. Qatilin də həbs olunduğu deyilir.

Azərbaycanlı ekspertlər isə hadisənin milli zəmində baş verdiyini düşünürlər. Hərbi ekspert Üzeyir Cəfərov Ölkə.az-a açıqlamasında bildirib ki, son vaxtlar Ermənistanda ruslara nifrət yaranmağa başlayıb. Onun sözlərinə görə, ermənilər ən çox rusiyalı hərbçiləri hədəfə alırlar.

“Gümrüdəki bazada rus əsgəri Permyakovla bağlı məlum hadisədən sonra qəti göstəriş verilmişdi ki, bazanın əsgərləri şəhərə tək çıxmamalıdırlar. Yalnız xüsusi icazə və ya razılıq olarsa, şəxsi heyət qarnizonu tərk edə bilər. Amma son vaxtlar nədənsə ruslar bu qaydanı unutmağa və bəzi boşluqlara yol verməyə başlamışdılar. Bu da acı nəticəsi. Həm də son vaxtlar Ermənistanda ruslara qarşı bəzi antipatiya və aqressiya hissləri güclənib”, - deyə ekspert bildirib.

Ü.Cəfərov hesab edir ki, bu hadisədən sonra vəziyyət bir az da gərginləşəcək:

“Ona görə də ermənilər hadisəni məişət zəminində baş verən hadisə kimi qələmə verməyə daha çox çalışırlar. Əslində isə səbəblər çox ciddidir və dərindir. Bu hadisənin davamı gələcək. Daxildəki narazılıqların bir səbəbi də Rusiyanın Serj Sərkisyana dəstək olmasıdır ki, onun da bədəlini rus əsgərləri ödəyirlər”.

Qeyd edək ki, aprelin 22-də Ermənistanda rusiyalı hərbçi öldürülüb. Hadisə Gümrü şəhərində qeydə alınıb. Verilən məlumata görə, Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb. Meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı muzdlu əsgər Dmitri Yalpayev aldığı bıçaq xəsarətlərindən ölüb. Müayinə zamanı hərbçinin döyüş silahı olan bıçaqla öldürüldüyü məlum olub. Hərbçinin boynu kəsilib.

Keçirilən əməliyyat zamanı hadisəni törədən şəxs səxs saxlanılıb. Hələlik qatilin kimliyi açıqlanmayıb.

Tarix
2017.04.22 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla