Yuxarı

Nazarbayevdən İlham Əliyevə jest

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana səfərindən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəhbərlik etdiyi ölkənin ən nüfuzlu dövlət qurumlarından biri Qazaxıstan Xalqlar Assambleyasının növbəti qurultayında azərbaycanlı Əbülfəz Xamedovun müavin kimi namizədliyini verib və o, böyük səs çoxluğu ilə Assambleyanın sədr müavini seçilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Musavat.com-a verilən məlumata görə, qurultay bu gün axşam saatlarında yekunlaşıb. Əbülfəz Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri kimi uzun illər fəaliyyət göstərib.

Bu gözlənilməz qərar əlbəttə ki, Nazarbayevin Azərbaycana jesti kimi də dəyərləndirilə bilər. Qeyd edək ki, Qazaxıstan qanunvericiliyinə görə, Assambleyadan irəli sürülən namizədlər səsvermə prosesində iştirak etmədən bu ölkənin parlamentində təmsil oluna bilərlər.

Xatırladaq ki, Əbülfəz Xamedovdan əvvəl bu vəzifəni daşıyan Yeralı Tuqjanov Manqistau vilayətinin akimi (qubernatoru) təyin edilib.

Tarix
2017.04.26 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla