Yuxarı

Ərdoğan bu dövlətlərlə yaxınlaşacaq – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti bundan sonra daha da möhkəmlənəcək və Ankara daha sərt addımlar atacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, Türkiyə referendum yolu ilə prezident səlahiyyətlərinin artırılmasına görə heç də Avropa dövlətlərindən fərqlənmir:

“ABŞ və Fransada da prezidentin səlahiyyətləri olduqca genişdir. Ona görə də prezident üsul-idarəsi indiki dövrdə Türkiyə üçün məntiqəuyğun bir formatdır. Çünki Türkiyə hazırda dörd istiqamətdə - İŞİD, PKK, Suriya terror qruplaşmaları və miqrant problemi ilə mübarizə aparır. Ankaranın son addımları Avropa dairələrinin xoşuna gəlməyə bilər. Ancaq AŞPA-nın Türkiyə ilə bağlı monitorinq qərarı özlüyündə islamafobiyanın parlaq göstəricisidir. Hətta artıq bir sıra Avropa ölkələrində islamafob qüvvələrin nümayəndələri hakimiyyətə gəlməyə hazırlaşırlar”.

Politoloq bildirib ki, Türkiyə xarici siyasət kursunda bir sıra dəyişikliklərə gedəcək:

“Türkiyədə Avropa Birliyinə daxil olmaqla bağlı tendensiyalar getdikcə zəifləyəcək. Ərdoğan bir sıra iri dövlətlərlə münasibətlərini genişləndirəcək. Bunlar Rusiya, Çin və ABŞ-dır. Mayda hər üç dövlətin paytaxtına planlaşdırılan səfərlər bir sıra yeniliklərlə müşayiət olunacaq. Xüsusilə də Türkiyə-Rusiya, Türkiyə-ABŞ əlaqələri inkişaf edəcək. Ankara Vaşinqtonla yaxınlaşacaq və NATO-dan uzaqlaşmayacaq”.

F.Sadıqovun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə aparıcı rolunu qoruyub saxlayacaq və Ankaranın bu fonda qəti addımlar atması gözləniləndir:

“Türkiyə Suriyadan gələcək təhlükələrin önlənməsi məqsədilə bəzi dövlətlərlə bir sıra sazişlər imzalayacaq. Çünki regional təhlükəsizliyin bir zəmanəti olmalıdır”.

Tarix
2017.04.28 / 09:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla