Yuxarı

Sərkisyan danışıqlardan ona görə qaçır ki... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva görüşü nəticəsiz qalacaq, çünki İrəvan hələ də sülh prosesindən və kompromislərin axtarışından yayınır.

Bu sözləri Axar.az-a Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Ermənistanın heç bir ehtiyat variantının olmadığını bildirən politoloq İrəvanın bu haqda heç düşünmədiyini də qeyd edib:

“Hakimiyyətdə olan erməni elitası işğalçı komandadır. Sərkisyan və onun yaxın ətrafı, eyni zamanda, Edvard Nalbəndyan da diplomat kimi bu prosesə cəlb olunub. Bunların əsas siyasi məqsədi Azərbaycan torpaqlarını zəbt etməkdir. Ermənistanın başında duran bu komandanın fəaliyyəti Dağlıq Qarabağ siyasi danışıqlar prosesini gülləbaran edir. Ermənilər Moskva görüşündən yayınmaq istədilər. Ancaq Rusiya siyasi və mənəvi cavabdehlik daşıdığından, bu, baş tutmadı. Həmsədrlər isə təmaslar qırılacağı təqdirdə müharibə ehtimalının artmasından ehtiyat edirlər. Azərbaycan kompromislərə hazırdır, ancaq bir şərtlə ki, torpaq məsələsi, ərazi bütövlüyü müzakirə obyekti ola bilməz”.

Politooloq qeyd edib ki, Ermənistanın əldə edəcəyi ən böyük qənimət sülhdür, çünki İrəvan müharibədən şiddətli şəkildə qorxur:

“Hazırda Ermənistanda keçid dövrüdür, prezident üsul-idarəsi ilə vidalaşırlar. İndi parlament üsul-idarəsinə keçmək üçün bunlara vaxt lazımdır. Çox güman ki, Sərkisyanın portfelində heç bir alternativ yoxdur, o, səlahiyyətləri bitənə qədər hakimiyyətini qoruyub saxlamaq istəyir. Ancaq əsas qayəsi hakimiyyətdən məğlubedilməmiş şəkildə getməkdir. Sərkisyan rıçaqları öz varisinə verəcək və ona qədər də özünü qalib kimi aparacaq. Bu, açıq seçilir.

Belə başa düşürəm ki, Azərbaycan tərəfindən Ermənistana möhlət verilib və bu möhlət daimi ola bilməz. Emənistanda keçid dövründən sonra yeni sistem qüvvəyə mindikdə rəsmi İrəvan mütləq öz mövqeyini açıqlamalıdır. Bunun Madrid prinspiləri, Lavrov planı və ya həmsədrlərin vahid ortaq planı olacağı isə artıq ikinci dərəcəli məsələdir”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq.

Tarix
2017.04.28 / 10:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla