Yuxarı

Gürcüstandan ÜAK-ın ləğvinə - Etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını Gürcüstanda yaşayan soydaşlarımız da etirazla qarşılayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi bəyanat yayaraq narahatlıqlarını bildiriblər.

Bəyanatlarda Azərbaycan-Rusiya münasibətlərinin həmişə yüksək səviyyədə olduğu, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirilir və bu münasibətlərə iki ölkənin prezidentləri arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələrinin təsiri vurğulanır. Buna baxmayaraq, Rusiyanın bəzi antiazərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin, habelə bu ölkədəki erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirdiyi vurğulanır.

Gürcüstan azərbaycanlıları hesab edirlər ki, ÜAK-ın qeydiyyatının ləğvinin arxasında da məhz bu qüvvələr dayanır və onların məqsədi Rusiya ilə Azərbaycanın münasibətlərini imtahana çəkməkdir.

Gürcüstandakı Azərbaycan icması, azərbaycanlıların birləşdiyi diaspor təşkilatları, ziyalılar, media qurumları və QHT-lər Rusiya Ali Məhkəməsini xalqlarımızın dostluq münasibətlərinə kölgə sala biləcək təxribat xarakterli bu qərarı ləğv etməyə çağırırlar.

Tarix
2017.05.19 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla