Yuxarı

Bu ədəbsiz şərhə ehtiyacımız yoxdur - XİN-dən etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur.

Bunu APA-nın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevork Mirzəyan adlı müəllifin Rusiyanın “RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş “Кавказский псевдотриумвират: почему не будет оси Баку — Тбилиси — Анкара” adlı məqaləsi ilə bağlı deyib.

O bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var. “Soyuq müharibə” əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Qevorq Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib. Ermənistanın destruktiv siyasəti Cənubi Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən bu məqsədyönlü xarakter daşımır ki?”, - deyə H. Hacıyev bildirib.

Tarix
2017.05.23 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla