Yuxarı

Qarabağda savaş başlasa, Tiflis neytral qalmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri hər 3 ölkənin xeyrinədir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan, Türkiyə və gürcüstanın müdafiə nazirlərinin ötən gün Tiflisdə keçirilən görüşünə münasibətində qeyd edib. Politoloq bildirib ki, bu 3 ölkə strateji müttəfiqdirlər, regional inkişafda müstəsna rol oynayırlar:

“Bu ölkələri ümumi sərhədlərdən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan 3 ölkənin müdafiə sferasına cavabdeh olan şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələrini müzakirə etməsi vacibdir”.

Politoloq vurğulayıb ki, 3 ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirməsinə də ehtiyac var, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolunu oynamalıdır:
“Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.

Tarix
2017.05.24 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla