Yuxarı

ABŞ mediası: Tramp Səudiyyədə olarkən, Bakıda... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının “Huffington Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, müəllif bütün dünyanın diqqətinin Prezident Donald Trampın Səudiyyə Ərəbistanında müsəlman ölkələrinin liderlərinə müraciətinə yönəldiyi bir vaxtda digər müsəlman ölkəsində böyük beynəlxalq tədbirin keçirildiyini diqqətə çatdırır. Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Son vaxtlar müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində baxımlı və heyranedici şou təşkil etdi.

Müəllif IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan idmançılarının yarışlarda qazandıqları medallar haqqında məlumat verir.

Səfir Bakıda keçirilmiş birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini vurğulayaraq, məhz onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğurla keçdiyini bildirir.

Məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirdiyi diqqətə çatdırılır. E.Süleymanov yazır ki, ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışıb.

Tarix
2017.05.24 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla