Yuxarı

Qafqazın şeyxi provaslav ordeni aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Belarus Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaret tərəfindən qəbul edildi.

Trend-in QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək "Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransa dəvətli olan Şeyxülislamı qardaşcasına səmimi qəbul edən Belarusun dini lideri onu Belarusda salamlamaqdan şərəf duyduğunu və dəvətini qəbul edib gəldiyi üçün əziz qardaşına dərin təşəkkürlərini bildirdi.

Azərbaycan xalqının və onun dövlət başçısı Zati-aliləri İlham Əliyevin salamlarını Belarusun dini liderinə çatdıran Şeyxülislam A. Paşazadə Mitropolit Filareti bir daha Azərbaycana səfər etməyə dəvət etdi.

Dəvəti məmnuniyyətlə qəbul edən Mitropolit Filaret Azərbaycanın Prezidenti ilə görüşlərini səmimiyyətlə xatırladı, ümummilli liderimiz Heydər Əliyevlə bağlı xoş fikirlərini bildirdi, Azərbaycanda keçirilmiş Dini liderlərin Ümumdünya Bakı Sammiti və digər mötəbər beynəlxalq dinlərarası dialoq tədbirlərini yada saldı.

Şeyxülislam Mitropolit Filareti hər zaman ən müdrik dini liderlərdən biri saydığını, onu tanıdığı 33 il ərzində onun dəyərli fəaliyyətindən çox mətləblər əxz etdiyini dilə gətirdi. Azərbaycan və Belarus xalqları arasında dostluq və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfələr verdiyi üçün Mitropolitə dərin minnətdarlığını bildirən Şeyxülislam A. Paşazadə ona Uca Yaradandan uzun ömür, can sağlığı dilədi.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olundu.

Şeyxülislam və onu müşayiət edən nümayəndə heyətinin şərəfinə ziyafət mərasimində Belarus Mitropoliti Filaret Şeyxülislam A. Paşazadəyə "Dinlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında sülh və əmin-amanlığın qorunması yolunda səylərinə görə" Belarus Pravoslav Kilsəsinin I dərəcəli "Svyatitel Kiril Turovski" ordenini təqdim etdi.

Görüşlərdə QMİ sədrinin müavini Sabir Həsənli və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyin iştirak etdilər.

Tarix
2013.11.17 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevadan Ağdam paylaşımı - Video

İran parlamentinin sədri Bakıya gəldi

Kremldən Bakıya təklif: Bunu təhlil edin

Azərbaycanın müdafiə arsenalına nə qədər ziyan vurulub?

ABŞ və Rusiya 5 saata 5 razılıq əldə etdi - Detallar

Prezident və xanımı Ağdamda...

Əli Əsədov Pezeşkianla görüşdü

ABŞ-Rusiya danışıqları başa çatdı

Qonşumuzla quru sərhəd açılır: Tarix bilindi...

Dünyanın bölüşdürülməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla