Yuxarı

Ermənilərin İsgəndər-M-i NATO-da müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İsgəndər-M operativ-taktiki raket kompleksinə malik olması təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün təhlükə mənbəyidir.

APA-nın məlumatına görə, bu sözləri NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan parlament nümayəndə heyətinin üzvü Siyavuş Novruzov deyib.

Komitənin bu gün keçirilən iclasında kanadalı deputat Jozef A.Day “Ballistik raketdən müdafiə və NATO” mövzusunda məruzə ilə çıxış edib. Baş məruzəçi olan kanadalı deputat çıxışında Şimali Koreya, İran və digər ölkələrdə ballistik raketlərin mövcud olduğunu və dünyada təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.

Tədbirdə iştirak edən Azərbaycan parlament nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məruzədən sonra komitədə təkliflə çıxış edib. O, Ermənistanın da ballistik raketlərə malik olduğunu komitə sədrinin diqqətinə çatdırıb və təklifinin qəbul olunmasını bildirib.

“Məruzədə ballistik raketlərin beynəlxalq ictimaiyyət üçün törətdiyi təhlükələrin qeyd olunması çox yaxşı haldır. Bilirsiniz ki, Rusiya Ermənistana bir milyard dollarlıq silah verib. Onların sırasında “İsgəndər-M” operativ-taktiki raket kompleksi də var. Bu raket kompleksi Cənubi Qafqaz, eləcə də Avropa üçün çox ciddi təhlükə mənbəyidir”.

S.Novruzov, Ermənistan prezidenti Serj Sarkisyanın bu raketlərlə Azərbaycanın vuracağı barədə bəyanatını da komitə rəhbərliyinin diqqətinə çatdırıb. Komitə rəhbəri S.Novruzovun təklifinin qəbul olunduğunu qeyd edib və iclasda ona təşəkkür edib.

Tarix
2017.05.27 / 21:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla