Yuxarı

Ukrayna Baş naziri: “Rusiya hər şeyimizi oğurladı!”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Baş naziri: “Rusiya hər şeyimizi oğurladı!”

Ukrayna Baş naziri Arseni Yasenyuk Ukrayna qaz şirkətinə əl qoyaraq, Rusiyanı 2 milyard kub metr qaz oğurlamaqda ittiham edib.

"Axar.az" xəbər verir ki, hökumət üzvlərindən ibarət heyətlə Avropa Birliyi Komissiyası üzvləri ilə bir araya gələn A. Yasenyuk Ukraynanın enerji sahəsində Rusiyaya keçmiş borclarını ödəməyə hazır olduğunu, ancaq bazar şərtlərinə uyğun bir razılaşma istədiklərini söyləyib. A. Yasenyuk bu istiqamətdə addım atılmasa, mövzunu beynəlxalq səviyyəyə qaldıracaqlarını deyib.

Rusiyadan araşdırma tələb etdiklərini və cavab gözlədiklərini bildirən Yasenyuk Rusiyanın AB-nin də sanksiya siyahısına daxil etdiyi Ukraynanın qaz şirkəti "Chernomorneftegaz"a əl qoyaraq 2 milyard kub metr qaz oğurladığını bildirib. A. Yasenyuk "Rusiya torpaqlarımızı, şirkətlərimizi, quyularımızı oğurladı", - deyib.

Hadisə ilə bağlı AB Komissiyasının başçısı Jose Manual Barrozo enerji sahəsindəki problemlərin daha da qəlizdirilməsinin kimsənin mənfəətinə uyğun olmayacağını bildirərək "Enerji siyasi vasitə olaraq istifadə edilməməlidir", - deyə vurğulayıb.

Görüş çərçivəsində A. Yasenyuk Ukraynada azad və ədalətli bir seçki təşkil etmək üçün böyük səy göstərdiklərini qeyd etsə də, Barrozo 25 mayda baş tutacaq prezident seçkisinin beynəlxalq standartlara uyğun olmadığını və vəziyyəti sabitləşdirməyin vacib olduğunu gizlətməyib.

Barrozo Ukraynadakı vəziyyəti şərh edərkən AB liderləri xaricində ən çox görüşdüyü liderin Rusiya prezidenti Vladimir Putin olduğunu qeyd edərək baş verən hadisələrin Rusiyanın xeyrinə olmadığını deyib.

Daha sonra Ukrayna Parlamenti separatçıların baş qaldırdığı şərq bölgəsində baş verən hadisələri və tələfatları araşdırmaq üçün xüsusi komissiyanın yaradılması qərara alınıb. Qərarda göstərilir ki, Donetsk və Luqanskdakı hadisələrin təfərrüatları barədə komissiyanın ilk hesabatı 15 iyuna qədər Parlamentə təqdim edilməlidir.

Yığıncaqdan sonra AB ilə Ukrayna arasında Ukraynanın borclarının ödənilməsinə kömək məqsədi ilə 1,61 milyard avroluq kreditin ayrılması ilə bağlı razılaşma imzalanıb.

Tarix
2014.05.14 / 18:31
Müəllif
Şəmsəddin Ensar
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla